Ağcabədidə su quyusundan qızıl tapıldığına görə polis postları qurulub?

# 17:42
13 iyul 2022

Ağcabədi rayonunun Hacılar kəndində su quyusu qazılarkən qızıl aşkar edilməsi barədə məlumatlar yayılıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, guya kənd sakinlərinin su quyusu qazarkən qızıl parçaları tapdığı iddia olunub. Bildirilib ki, kəndin giriş-çıxışına polis postları qurulub. Məsələnin dəqiqliyini araşdırmaq üçün hadisə yerinə gedən əməkdaşlarımız hadisənin ötən il baş verdiyini öyrəniblər. 
Hadisə ilə bağlı ev sahiblərinin birindən daha dəqiq məlumatı öyrənmək üçün ev sahiblərindən biri olan Nəzakət Quliyevanın yaşadığı digər kəndə üz tutduq. Oradan isə bildirdilər ki, Nəzakət Quliyeva müalicə almaq üçün Bakı şəhərinə gedib.
Yeri gəlmişkən qeyd edək ki, Ağcabədi rayon icra başçısının Hacılar kəndi üzrə nümayəndəsi Ramil Əliyev də bildirib ki, hadisə ötən il baş verib. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR