Ağcabədidə transformator partladı, bir nəfər xəsarət aldı
Ağcabədidə transformatorda baş verən partlayış 33 yaşlı şəxsin xəsarət almasına səbəb olub.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Sarcalı kəndində qeydə alınıb.
Belə ki, Ağdam rayon sakini Amil İsmayılov subartezian quyusunu işə salmaq istəyərkən transformatorda qısaqapanma yaranıb və ani partlayış olub. Nəticədə Amil İsmayılov yanıq xəsarətləri alıb. Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı