Sumqayıtın bu ərazisində hamının həyətində quyu var, SƏBƏB İSƏ...

# 16:50
10 aprel 2023

Sumqayıt şəhərinin Pərviz Hüseynov küçəsində yaşayan sakinlər kanalizasiya ilə bağlı problem yaşayır.

Sakinlər ərazidə kanalizasiya xətti olmadığına görə, şambolardan istifadə edirlər. Bu isə əlavə problemlərin yaranmasına gətirib çıxarır. Sakinlər deyir ki, kanalizasiya sularının xoşagəlməz qoxusu ətrafı bürüyüb, üfunət və natəmizlikdən baş götürüb qaçmaqdan başqa çarə qalmayıb. 

Sakinlər quyu qazmaqdan zara gəldiklərini bildirirlər. Dolan quyuları təmizlətmək isə çox baha başa gəlir.

Aidiyyəti orqanlara dəfələrlə müraciət olunsa da, problem hələ də həll olunmayıb.

Məsələ ilə bağlı Sumqayıt Sukanal İdarəsinə müraciət etdik. Qurumun baş mühəndisi Mahir İmanov bildirdi ki, həmin ərazinin yaxından keçən magistral kanalizasiya xəttinə maililik dərəcəsi yetərli deyil və bu da sözügedən əraziyə kanalizasiya xəttinin çəkilməsinə problemlər yaradır.

Aldığımız cavabından belə məlum oldu ki, camaat problemin həlli üçün hələ çox gözləməli olacaq. O vaxta kimi isə əziz sakinlər, çalışın kanalizasiya əvəzinə qazdığınız quyulara düşməyin.

 

 

ƏLİ ƏLİYEV

AĞA ƏLİZADƏ

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR