Ağdamda çaylar daşdı, evlər və əkin sahələri su altında qaldı
Qeyri-sabit hava şəraiti Ağdamda çay daşqınlarına səbəb olub. Sel sularının gəlməsi bir sıra fəsadlar törədib.
Ağdamda Qarqar çayının daşması rayonun Əfətli kəndinə sel sularının gəlməsinə səbəb olub. Əkin sahələri və bir sıra fərdi yaşayış evləri su altında qalıb. Nəticədə kənd sakinlərinə xeyli miqdarda ziyan dəyib.
Qeyd edək ki, dəymiş ziyanla bağlı rayon fövqəladə hallar komissiyası tərəfindən araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu