Samux sakini qohumunun həyətindən inək oğurladı

# 19:03
27 iyul 2022

Samuxda narkotik yetişdirən və oğurluq edən şəxslər saxlanılıb. APA TV-nin yerli bürounun verdiyi xəbərə görə, Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə yetişdirməkdə şübhəli bilinən rayon sakini Səxavət Əliyev saxlanılıb. Şübhəli şəxsin fərdi yaşayış evinin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə - Kannabis bitkilərinin olması müəyyən edilib. Əraziyə baxış zamanı oradan 12 ədəd ümumi çəkisi 4 kq-dan çox olan narkotik xassəli çətənə kolları aşkarlanaraq götürülüb. Bundan başqa şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qohumuna məxsus 1 baş iri buynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən Valeh Qurbanov və tanışı Sənan İsmayılov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxslər oğurladıqları heyvanı 300 manata Gəncə şəhərində satdıqlarını etiraf ediblər. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR