Ağdaşda 17 yaşlı oğlan anasını bıçaqlayıb, APA TV hadisə yerində
Ağdaşda 17 yaşlı oğlan anasını bıçaqlayıb. 2006-cı il təvəllüdlü Kamran Heybətli ailə münaqişəsi zəminində anası, 1981-ci il təvəllüdlü Sevil Heybətovanı bıçaqlayıb. Daha sonra 17 yaşlı oğlan anasını xəstəxanaya çatdırıb. Sakinlər isə küçənin çox sakit bir yer olduğunu, hadisədən xəbərsiz olduqlarını bildirirlər. Əldə etdiyimiz məlumata görə, hadisə dövlət qurumlarından birinin şöbə rəisi vəzifəsində işləyən şəxsin evində baş verib. Yaralı qadına ilkin yardım göstərildikdən sonra müalicəsini davam etdirmək üçün Mingəçevirə göndərilib. DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır. İlham Əhmədov, TAleh İbrahimov, APA TV
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib