Bank Of Baku

Ağdaşda 4 otaqlı ev yandı

# 13:03
23 dekabr 2021

Ağdaş rayonunda yanğın hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə hadisə rayonun Cardam kəndində qeydə alınıb.

 

Kənd sakini, 1966-ci il təvəllüdlü Əliyev Bəylər Qara oğluna məxsus ümumi sahəsi 180 kvadratmetr olan 4 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə Ağdaş Dövlət Yanğından Mühafizə Hissəsinin iki avtomobili və canlı qüvvəsi cəlb olunub.

 

Evin dam örtüyü tez yanar material olan ondolindən olduğu üçün yanğın qısa vaxtda evin hər tərəfini əhatə edib.

 

Alovun yaxınlıqdakı çardağa keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Şahnəzər Bəşirov

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR