Ağdaşda avtoqəzada polis işçisi ölüb
Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
APA-nın yerli bürosunun xəbərinə görə rayonun Ləki qəsəbəsi ərazisində hərəkət edən "VAZ 21011" markalı iki minik avtomobili toqquşub.
Hadisə zamanı sürücülərdən biri, Dövlət Yol Polisi Xidmətinin əməkdaşı Samir Zamanpur aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident “SABAH.city” şəhərciyinin birinci mərhələsinin açılışında iştirak etdi
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib
Düylün kənd tam orta məktəbinin 3 məzunu da bu il imtahanlarda yüksək nəticə göstərib