Ağır qəzaya düşdülər, 10 gün sonra öldülər
Dekabrın 25-i Bakı-Quba magistralının Şabran rayonundan keçən hissəsində ağır qəzada xəsarət alan ana və oğlu xəstəxanada vəfat edib.
“Qafqazinfo”nun məlumatına görə, “Hyundai” markalı avtomobillə toqquşandan sonra aşan “Opel”də ağır xəsarət alan 47 yaşlı Samirə Əliyeva və 29 yaşlı oğlu Fariz Bayramoğlu Sumqayıtdakı xəstəxanada dünyasını dəyişib.
Qəzada ailənin digər üzvü, S.Əliyevanın həyat yoldaşı Bayram Həsənov yüngül xəsarətlər alıb.
Qeyd edək ki, F. Bayramoğlunun iki yaşlı qızı yadigar qalıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi