Qarabağda "russkiy mir" ideyası baş tutmadı

# 10:28
22 avqust 2023

“Laçın” sərhəd-buraxılış məntəqəsində erməni əsilli şəxslərin sərbəst keçidi bu gün də təmin edilib. Erməni əsilli Rusiya vətəndaşları Xankəndindən Ermənistana keçiblər. "Laçın" sərhəd-buraxılış məntəqəsindən ümumilikdə 60 şəxs Azərbaycandan Ermənistana keçib.

Ümumiyətlə son zamanlar Qarabağdakı ermənilərin köçü ilə bağlı videogörüntülər paylaşılmaqdadır. Görüntülərdən aydın görünür ki, əksəriyyəti bölgəni birdəfəlik tərk edirlər. Xatırlayırsınızsa, 9 noyabr razılaşmasından sonra ərazidə qalan ermənilər müxtəlif yerli və xarici mediaya açıqlamalarında əllərində silahla çıxışlar edirdilər ki, sonacan ərazidə qalacaqlar. Yəni, Azərbaycan ərazisində həmin insanlar terrorçuluq edəcəkdilər.  

Maraqlıdır, noyabr razılaşmasından sonra Rusiya sülhməramlıları tərəfindən Qarabağa köçürülənlər indi niyə qayıtmaq qərarına gəliblər?

Deputat Aydın Hüseynov bildirib ki, həmin şəxslər Azərbaycan ərazisində separatizmi dəstəkləyən şəxslərdir və Ermənistan, eləcə də onun havadarları həmin şəxslərdən müxtəlif siyasi və terror məqsədi ilə istifadə etməkdə maraqlıdılar. Deputat əlavə edib ki, həmin güclər artıq Azərbaycanda hər hansı separitçı məqsəd üçün qala bilməyəcəklərini anlayaraq, bölgəni tərk etməyə başlayırlar.

 

AYDIN HÜSEYNOV - DEPUTAT

 

"Onların nəqsədi bölgədə separatizm və revanşist fikiriləri yaymaqdır. Arxalarındakı güc başa düşdü ki, artıq bölgədə "Donbas" "Dnestryanı" kimi  ssenarilər baş tutmadı və tutmayacaq. Azərbaycan öz suveren hüquqlarının daha da möhkəmlədirir. Qeyd etmək yerinə düşər ki, Azərbaycan dəfələrlə Qarabağdakı ermənilərə Azərbaycan qanunları ilə yaşamaq üçün təkliflər verib. Rəsmi Bakı hər zaman yerli ermənilərin qanun çərçivəsində yaşamağına dəstək verib.

 

Bəzən rusiya vətəndaşlığı ilı bağlı pasportların paylanılması şaiyələri də yayıldı.  Rusiya sülhməramlıları noyabr razılaşmasına əsasən bölgədən erməni silahlılarının çıxarılmasını yerinə yetirməli idi. Lakin bu baş tutmadı. Köç məsələsinə gəldikdə isə bir daha qeyd etmək lazımdır ki, həm Ermənistanın, həm də onun arxasında duranların Qarabağdakı ermənilərdən separatçılıq və müxtəlif siyasi məqsədlər nəzərdə tutduqları planları suya düşdü."

 

Deputat Aydın Hüseynov onu da vurğuladı ki, ölkə başçısı İlham Əliyev dəfələrlə öz çıxışlarında Qarabağdakı ermənilərə mesajlarında bildirib ki, ermənilər ya Azərbaycan qanunları çərçivəsində yaşayacaqlar, ya da çıxıb gedəcəklər. Köçdəm o da anlaşılır ki, Azərbaycanda “russkiy mir” ideyası da baş tutmadı, deyə deputat əlavə edib.

 

Siyasi şərhçi İlyas Hüseynov da bildirib ki, köçənlər Azərbaycan yurisdiksiyası ilə, qaydaları ilə yaşamaq istəməyənlərdir. O əlavə edib ki, nəinki separatçı düşüncəli şəxslər, hətta qondarma qurumun ağır texnikalarla təchiz olunmuş hərbçiləri də Qarabağ iqtisadi zonasını tərk edəcəklər.

 

İLYAS HÜSEYNOV - SİYASİ ŞƏRHÇİ

 

“Böyük ehtimalla söyləmək olar ki, onlar regionda gərginliyi, seöaratizmi təşviq edən şəxslərdir. Azərbaycan dəfələrlə müxtəlif  səviyyədə élan edib ki, Azərbaycan qanunvericiliyini qəbul etməyənlər regionu tərk edə bilərlər.  Düşünürəm ki, nəinki separatçı düşüncəli şəxslər hətta ağır texnikalarla təchiz olunmuş hərbçiləri də Qarabağ iqtisadi zonasını tərk edəcəklər. Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsas bəndi regionun hərbisizləşdirilməsi olmalıdır. BMT-də müzakirələr zamanı Ermənistanın niyyəti puça çıxdıqdan sonra reallığı qəbul edərək separatçıları regionu tərk edirlər. Bu siyasət də məhs Azərbaycanın diplomatic qələbəsidir”

 

Siyasi şərhçinin fikrincə, bu hal Ermənistanın havadarlarının da Azərbaycan üzərindən  hansısa çirkin siyasət yürütməyin mümkün olmadığını anladıqlarından xəbər verir.

 

Fuad Sadıqov

 APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR