Ağsuda evlər və tövlələr naməlum şəxs tərəfindən yandırılıb
Ağsu rayonunda gecə saatlarında vətəndaşlara məxsus evlər, tövlələr yandırılıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Keçidməz kəndinin sakinlərinin tövlələrinə, evlərinə od vurulur, yanğın zamanı tikililərin çardaq hissələri, ot bağlamaları yanaraq sıradan çıxır. Ev sahiblərindən biri gecə vaxtı həmin naməlum şəxsi tutmaq istəyərkən onunla əlbəyaxa olub və döyülüb.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şəki Regional Qrupundan bildirib ki, son günlər həmin kənddə baş verən hadisələrlə əlaqədar olaraq ərazidə polis naryadları tərəfindən gücləndirilmiş xidmət təşkil olunub.
Hazırda faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq