Ahıllar evində Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

# 18:40
7 aprel 2023

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirə tədbiri keçirilib.

 

Tədbirdə Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov və digər rəsmi şəxslər iştirak edib.

 

Hidayət Abdullayev Ümummilli Lider Heydər Əliyevin müstəqil dövlət quruculuğunu həyata keçirməklə bərabər, ölkəmizin sosial inkişaf strategiyasını formalaşdırdığını vurğulayıb:

“Bildiyimiz kimi, gələn ay Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 100 illiyini qeyd edəcəyik. Bu çərçivədə ökədə silsilə tədbirlər həyata keçirilir. O tədbirlərdən biri də bu gün nazirliyin nəzdində fəaliyyət göstərən Ahıllar evində keçirilir”.

 

Prezident İlham Əliyevin müvafiq göstərişinə uyğun olaraq sosial xidmətlərin genişləndirilməsi istiqamətində işlər görüldüyünü deyən nazir müavini bölgələrdə də ahıllar evlərinin açılmasının nəzərdə tutulduğunu bildirib.

 

Arif Rəhimzadə də Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə sosial müdafiə sisteminin inkişafı, ahılların sosial müdafiəsinin gücləndirilməsi uçün göstərmiş olduğu mühüm tarixi xidmətləri diqqətə çatdırıb:

Heydər Əliyev nəcib, insanları başa düşən, onların dərdinə şərik olan insan idi. Heydər Əliyev 25 əvvəl bu müəssisəyə gəlib. Əlbəttə bu müəssisə belə deyildi, indi çox inkişaf edib. Buradakı insanların üzündən də gördüm ki, onlar necə ruhən azad, gözəl şəraitdə yaşayırlar. Bu da bizim Heydər Əliyev siyasətinin davamıdır”.

 

Həmçinin Ahıllar evinin sakinləri Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər:

“2 ilə yaxındır, bu müəssisədəyəm. Ulu Öndərlə mənim çox xatirələrim var, çünki dəfələrlə görüşmüşük. Azərbaycanın yaradıcısı idi. İndi də davamçısı İlham Əliyev bizim ölkəmizi dünyada çox məharətlə idarə edir”.

 

1993-cü ildə Füzulidən məcburi köçkün düşən Zəminə Cəbrayılova da Ulu Öndərin qayğısından danışıb. O, həmin dövrdə Bakıya gəlməkdə qarşılaşdıqları çətinliyin Heydər Əliyevin köməyi ilə həll olunduğunu vurğulayıb:

 

“Heydər Əliyev bizim üçün qatar göndərdi. Vağzalda Heydər Əliyevi gördük, çox sevindik. Heydər Əliyev hamımız ilə görüşdü sonra mənə yaxın gəlib başımı sığalladı, məni bağrına basdı, əlini qoydu çiynimə, dedi ağlama, vaxt gələcək torpaqlarınız alınacaq, yenə öz elinizə qayıdacaqsınız”.

 

 

Tədbirdə Ulu Öndər Heydər Əliyevin 25 il əvvəl, 1998-ci ilin 8 aprelində Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə gələrək burada yaşayan insanlarla görüşünü əks etdirən videogörüntülər də nümayiş olunub.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR