Azərbaycanda bu şəxsi tapana 40 min manat mükafat

# 12:50
3 noyabr 2022

Azərbaycanda itkin düşən hindistanlı turistin tapılması üçün təyin olunan mükafatın məbləği artırılıb.

 

Lent.az-ın verdiyi xəbərə görə,  itkin düşən turistin qardaşı Dharan Kondaveetinin bildirib ki, qardaşını tapan şəxsə 40000 manat Pul Mükafatı veriləcək:

 

“Biz Polisin və könüllülərin dəstəyi ilə çox cəhd göstərdik, lakin onunla bağlı heç bir məlumat əldə edə bilmədik.

 

Keçən günləri və vəziyyətin ağırlığını nəzərə alaraq, biz qardaşımı tapan şəxsə 40000 manat Pul Mükafatı verəcəyimizi bildirmək istəyirik.”-deyə o qeyd edib.

 

Qaydalar və Şərtlər barədə də qeyd edən Dharan Kondaveeti qeyd edib ki, bu mükafat yekun məbləğdir və onu ən qısa zamanda tapan şəxslər arasında bərabər qaydada bölünəcək.Bundan başqa itkin düşən şəxsin yeri ilə bağlı yalan məlumat verən şəxslər haqqında hüquqi prosedur tətbiq ediləcək. O bildirib ki, ailə heç bir şəxsi hər hansı ciddi xəsarət və ya ölümlə nəticələnən riskləri öhdəliyinə götürməyə sövq etmir və buna görə də məsuliyyət daşımır. Dharan Kondaveeti  onu da qeyd edib ki, pul mükafatı ancaq itkin düşən şəxs sağ-salamat tapıldığı halda veriləcək və itkin düşən şəxsin harada olması barədə hər hansı məlumat verən hər kəs ədalətli şəkildə mükafatlandırılacaq. Dharan Kondaveetinin sözlərinə görə, ailə şərtləri pozan hər kəsə mükafat verməkdən imtina etmək hüququnu özündə saxlayır.

 

Qeyd edək ki, Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikath mayın 11-də Zaqatalaya gəlib. O, mayın 12-də Zaqatalada qaldığı hoteli tərk edərək dağa qalxıb. Həmin vaxtdan onunla əlaqə kəsilib.

 

Turist itkin düşəndən sonra qardaşı Dharan Kondaveeti və atası Purna Chandra Rao Kondaveeti Zaqatalaya gəliblər.

 

29 yaşlı Hindistan vətəndaşının axtarışlarına Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçuları, Rayon Polis Şöbəsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət qruplar, ərazini tanıyan yerli sakinlər, alpinistlər və dronlar cəlb olunub.

 

5 ay keçməsinə baxmayaraq turisti tapmaq hələlik mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR