Akif Çovdarovdan şikayətçi olan biznesmen axtarışa verildi

# 18:21
11 mart 2022

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə rəisi, general-mayor Akif Çovdarovun cinayət işində adı keçən biznesmen axtarışa verilib.

 

Lent.az-ın məlumatına görə, Ədilov Qədim Ədil oğlu Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir. 

 

Çoxsaylı vətəndaş şikayətləri əsasında Qədim Ədilov barəsində cinayət işi başlanıb. İstintaqdan yayındığı üçün onun barəsində axtarış elan edilib.

 

Hazırda Qədim Ədilovun tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Qeyd edək ki, Qədim Ədilovun adı Akif Çovdarovun cinayət işində keçib. Tikinti materialları, taxta-şalban biznesi ilə məşğul olan Qədim Ədilov Akif Çovdarovdan şikayətçi olub.

 

Həmin hadisələrdən bir neçə il sonra, 2019-cu ildə Qədim Ədilov dələduzluq ittihamı ilə həbs edilib. Onun 17 nəfərə qarşı 2 milyon manatlıq dələduzluq etdiyi iddia olunur.

 

Həbs edildikdən bir neçə ay sonra azadlığa buraxılan Qədim Ədilov istintaqdan yayınaraq ölkəni tərk edib.

 

Hazırda onun Rusiyada olduğu bildirilir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR