“Akıncı” PUA-sının Azərbaycanla birgə istehsalı üzrə danışıqlar gedir - Mustafa Varank
”“Akıncı” pilotsuz uçuş aparatlarının Azərbaycanla birgə istehsalı ilə bağlı danışıqlar aparılır”.
APA TV xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank bildirib.
O qeyd edib ki, hazırda bununla bağlı aidiyyəti qurumlar Azərbaycanla danışıqları davam etdirir: ““Akıncı” PUA-sı ilə bağlı birgə nələri istehsal edə bilərik, hazırda onları dəyərləndiririk. Bizim aidiyyəti qurumlar Azərbaycanla sıx işbirliyində çalışır”.
Türkiyəli nazir qeyd edib ki, Azərbaycana kosmik sahədə, o cümlədən peyklərin istehsalı sahəsində də dəstək göstərməyə hazırdırlar.
Semral Cavad,
Ceyhun Mustafayev,
APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu