Alban-udi dini icmasının üzvləri Talış və Suqovuşana səfər edib

# 16:45
31 mart 2022

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın 104-cü ildönümü ilə bağlı Alban-udi xristian dini icmasının üzvləri Tərtərin işğaldan azad olunan Talış və Suqovuşan kəndlərinə səfər edib.

 

APA TV-nin Qarabağ bürosu xəbər verir ki, səfər iştirakçıları əvvəlcə Talış kəndindəki, qədim alban məbədini ziyarət ediblər. 31 mart soyqırımı şəhidlərinin xatirəsinə Suqovuşanda, Tərtərçay sahilində yerləşən Müqəddəs Yelisey monastrını ziyarət etmək isə mümkün olmayıb. Ermənistan silahlı qüvvələri işğal dövründə monastrın ətrafını minaladığı üçün nümayəndə heyətinin monastra daxil olmasına icazə verilməyib.

 

Kəndin ərazisində olan mövcud olan digər məbəddə anım mərasimi keçirilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR