Davamlı sülh bəzi ölkələrin maraqlarını qane etmir - Cavanşir Feyziyev

# 14:09
16 noyabr 2022

“Fransa tərəfindən oxşar vəziyyət Vətən müharibəsindən əvvəl də müşahidə edilirdi. Ancaq həmin sənədin təsir qüvvəsi Senatın divarlarından kənara çıxmadı”.

 

APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Cavanşir Feyziyev deyib.

 

Deputat bildirib ki, Ermənistan hökuməti anlamır ki, Senatın bu qərarı heç də erməniləri müdafiə etmək istəyindən irəli gəlmir: “Bu, Fransanın Cənubi Qafqazda öz geosiyasi maraqlarını yeritmək istəyindən irəli gəlir. 10 noyabr üçtərəfli bəyanatında da Fransanın imzası yer almadı. 44 günlük müharibənin nəticələri dünya tarixinə Azərbaycanın uğuru, Minsk qrupunun isə uğursuzluğu kimi yazıldı. Öz uğursuzluğuna görə bu gün onlar belə addımlar atırlar. Davamlı sülh bəzi ölkələrin maraqlarını qane etmir. Fransalı həmkarlarımız nəzərə almalıdır ki, 2 ildir Cənubi Qafqaz yeni reallıqlar şəraitində yaşayır. Bu bölgədə söz sahibi də, güc sahibi də Azərbaycandır”.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR