Ermənistan parlamentində “türk agenti” davası

# 18:16
17 yanvar 2022

Son vaxtlar Ermənistan parlamentində deputatların bir-biri ilə davası adi hala çevrilib.

 

Növbəti analoji hadisə Hayastan blokunun deputatı Aqnesa Hamoyanla parlamentin vitse-spikeri Ruben Rubenyan arasında olub. Hamoyan vitse-spikeri “Türk agenti” adlandırıb.

 

Dava Ermənistanın Türkiyə ilə danışıqlar üçün xüsusi nümayəndəsi Ruben Rubinyanın 2 ölkə arasında münasibətlər barədə çıxışından sonra düşüb. Müxalif deputatlar proseslərin ictimaiyyətdən gizli aparıldığını iddia ediblər. “Ha­yastan” fraksiyasının nümayəndəsi Hamoyan  Rubinyanın Türkiyədə təcrübə keçdiyini, xüsusi araşdırmalar apardığını vurğulayıb və onu “Türk agenti” adlandırıb.

Rubinyan isə cavabında belə iddiaların əsassız olduğunu bildirib.

 

“Moskvada Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşü zamanı Ankara nümayəndəsinin avtomobilində Türkiyə bayrağı olduğu halda, niyə Rubinyanın maşınında Ermənistan bayrağı olmayıb”- deyə  narazlılıq edən “Ermənistan” fraksiyasının deputatı Qeqam Manukyan vitse-spikerin protokol qaydalarını pozduğunu bildirib. Bu iddiaya “Ermənistan” fraksiyasının katibi Arçvik Minasyan da qoşulub.

 

Deputatlara cavab olaraq Rubinyan bildirib ki, onu Türkiyə tərəfi ilə danışıqlarda ittiham etməyə davam edərlərsə, buna səbr nümayiş etdirməyəcək.

Daha sonra o, müxalifətlə iqtidaryönlü deputatlar arasında yaranan mübahisəyə görə iclası yarımçıq dayandırıb.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR