Albaniya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Albaniya Respublikasının Prezidenti Bayram Beqayın iyulun 7-də rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Albaniya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bayram Beqayı qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Albaniya Prezidentinə raport verdi. Prezident Bayram Beqay Azərbaycan əsgərlərini salamladı. Azərbaycan və Albaniya prezidentləri fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Albaniya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi. Azərbaycan nümayəndə heyəti Albaniya Prezidentinə, Albaniya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Albaniya Prezidenti Bayram Beqayın qarşısından keçdi. Dövlət başçıları rəsmi foto çəkdirdilər.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib