Almaniya səfərbərlikdən yayınan rusiyalı fərariləri qəbul etməyə hazır olduğunu bəyan edib
Almaniya rusiyalı fərariləri qəbul etməyə hazırdır. APA xəbər verir ki, bu barədə “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində Almaniyanın daxili işlər naziri Nensi Fizer deyib. O, Rusiyada qismən səfərbərliyin elan edilməsindən sonra döyüşməkdən imtina edən çağırışçıların repressiyaya məruz qalmamaları üçün Almaniyada sığınacaq tapa biləcəklərini qeyd edib. “Ciddi repressiya ilə təhdid edilən fərarilər bir qayda olaraq Almaniyada beynəlxalq müdafiə ala bilərlər”, - deyə daxili işlər naziri bildirib.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib