Almaniya səfiri Bakının mərkəzində qadınlara gül payladı
Hər kəsin üzündə əvvəlcə bir çaşqınlıq, daha sonra təbəssüm yarandı. Bu gün Almaniya səfirliyi Azərbaycan xanımlarını Beynəlxalq Qadınlar Günü münasibətilə belə təbrik etdi.
Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq və səfirlik əməkdaşları Fəvvarələr meydanında xanımlara zanbaq gülü hədiyyə etdilər.
Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq bununla xanımları sevindirmək və onların üzlərində təbəssüm yaratmaq istədiyini bildirib: “İlk növbədə mən Azərbaycan xanımlarını 8 mart beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etmək istəyirəm. Almaniya üçün qadınların rolu olduqca vacibdir. Bütün qadınları hər zaman gülərüz, sağlam və xoşbəxt görmək istəyirik”.
Almaniya səfirliyinin təşkil etdiyi bu aksiyaya APA TV olaraq biz də qoşulduq. Bütün Azərbaycan qadınlarını təbrik edir, onlara xoşbəxtlik diləyirik.
Bayramınız mübarək!
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib