Almaniya şirkətlərinin Azərbaycan iqtisadiyyatına hansı təsirləri ola bilər?

# 19:05
29 fevral 2024

Fevralın 28-də Prezident İlham Əliyev Alman İqtisadiy¬yatının nümayəndə heyətini qəbul edib. Görüşdə iqtisadi əlaqələrin perspektivləri, o cümlədən energetika, birgə layihələr, investisiya və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Təbii ki, görüşlə bağlı suallar da yaranmaqdadır. Maraqlıdır, AŞPA-da alman nümayəndəsinin təklifi ilə Azərbaycana qarşı mövqenin sərgiləndiyi halda Alman nümayəndələrin Azərbaycan səfərinin məqsədi nədir? Məsələ ilə bağlı APA TV-yə açıqlama verən Deputat Cavid Osmanov bildirib ki, Almaniya Qərbin Azərbaycana münasibətində neytrallıq nümayiş etdirməyə çalışır. Əlbəttə ki, bunun da öz səbəbləri var. Deputat Cavid Osmanov onu da vurğuladı ki, Almaniya mətbuatında Azərbaycan haqqında mənfi təəssüratın yaradılmasına cəhdlər də mövcuddur və bu hal təəssüf doğurur. “Belə görüşlər Avropadakı anti-Azərbaycan cəbhəsini ofsaydda qoyacaq”. Bunu isə siyasi şərhçi Əziz Əlibəyli deyib. O əlavə edib ki, danışıqlarda iqtisadi məsələlər varsa, dərhal qiymətləndirilməlidir. Deputat və siyasi şərhçinin də dediyi kimi, geniş tərkibdə aparıcı şirkət rəhbərlərindən ibarət Almaniya nümayəndə heyətinin Azərbaycana səfəri ölkəmizə artan marağın göstəricisidir. Bu isə Azərbaycanın iqtisadi gündəliyinin xeyli zəngin ol¬ma¬sı¬ndan irəli gəlir. Fuad Sadıqov APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR