“Alov qüllələri”nin qarşısında partlayış - YARALILAR VAR
Bakıda qaz sızmasından partlayış olub.
APA TV-nin məlumatına görə, hadisə Səbail rayonunda, “Alov qüllələri”nin qarşısında qeydə alınıb.
Orada yerləşən sütunun içindən keçən qaz xəttində partlayış olub, nəticədə 2 nəfər xəsarət alıb.
Xəsarət alanlar təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. Hadisə zamanı bir “Mercedes” markalı avtomobilə də ciddi ziyan dəyib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olub.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu