“Altı məktəbdən birində direktor yoxdur”
Əlavə təhsil haqqında qanuna dəyişikliklərin edilməsinə ehtiyac var. Bunu Milli Məclisin bugünkü iclasında deputat Fəzail Ağamalı bildirib. Deputat məktəblərin bir qisminə direktor təyin edilməməsinə də toxunub: “Bu məsələ hansı formada tənzimlənir ki, Azərbaycanda olan orta məktəblərin 1/6-də direktor yoxdur? Salyanda 20 məktəbdə direktor yoxdur. Rayonda Təhsil sektorunun rəhbəri təhsil ilə əlaqəsi olmayan, iqtisadiyyat sahəsində çalışan bir şəxsdir. Qanunvericilikdə optimal yol tapmalıyıq ki, belə hallara yol verilməsin. Digər tərəfdən, repetitorlar bizə ciddi problem yaradır. Bundan başqa, ali məktəbə ikipilləli qəbul var, bu dünyanın heç bir yerində yoxdur. Bu gün Azərbaycanda 100 mindən çox şagird ali məktəbi bitirir, lakin onların yarısı qəbul olur, yarısı kənarda qalır. Peşə təhsilinin təkmilləşdirilməsi üçün qanunvericiliyə yenidən baxılmasına ehtiyac var”.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu