AMEA-nın Əlyazmalar İnstitutunun şöbə müdiri vəfat etdi
Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun şöbə müdiri Fərid Ələkbərli vəfat edib.
Bu barədə APA TV-yə Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli bildirib. O, F. Ələkbərlinin uzun müddət xəstə olduğunu, dünən gecə vəfat etdiyini deyib.
Qeyd edək ki, F. Ələkbərli bir neçə il əvvəl Vatikanın məxfi arxivlərində Azərbaycanın orta əsr tarixinə aid çox qiymətli məlumatları tapmışdı.
O, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərovun oğludur.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu