Bank Of Baku

Anar Kərimov: “Ermənilərin Xudavəng monastırından 8 əsrlik freskaları qaşıyıb aparması cinayətdir”

# 17:09
22 yanvar 2021

"Şübhəsiz bu, böyük cinayətdir, biz bunu dəfələrlə həm UNESCO, həm də digər beynəlxalq təşkilatlar səviyyəsində bəyan etmişik".

 

APA TV-nin məlumatına görə, bunu jurnalistlərin Xudavəng monastırından 8 əsrlik freskaları qaşıyıb aparmaları ilə bağlı sualına cavabında mədəniyyət naziri Anar Kərimov deyib.

 

Nazir qeyd edib ki, ermənilərin bu addımı vandallıqdır və UNESCO-nun 1970-ci il konvensiyasına ziddir: "Biz bunu qətiyyətlə pisləyirik və bununla bağlı işlərimizi qətiyyətlə davam etdirəcəyik. UNESCO-ya bu haqda bildirilib. Bu hadisəyə UNESCO tərəfindən hüquqi qiymətin verilməsinə çalışacağıq".

 

Nazir Zəfər Muzeyinin yeri ilə bağlı müzakirələrin aparıldığını da bildirib: “Müzakirələr hələ tamamlanmayıb. Ümid edirik ki, çox yaxın zamanda Zəfər Muzeyinin yeri ictimaiyyətə açıqlanacaq”.

 

Nazirin sözlərinə görə, aidiyyəti dövlət qurumları və ekspertlərlə danışıqlar aparılır.

 

İslam Qədirli,

Musa Qulammirzəyev,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR