APA TV Laçında 21 nəfərin qətlə yetirildiyi hamamda
Haqnəzər kəndinə çatırıq. Vaxtı ilə 200 nəfər kənd sakinin yaşadığı kənddə daş üstə daş qalmayıb.
Kənddə yeganə salamat qalan tikili azərbaycanlı əsr və girovların saxlanıldığı və öldürüldüyü iddia edilən Turabxan kişinin hamamıdır. Divarının eni 60 santimetr, tavanı beton olan bu hamamda son vaxtlara kimi yaşayış olduğu açıq aydın bilinir.
Deyilənə görə, birinci Qarabağ müharibəsi zamanı Laçın rayon Polis Şöbəsinin rəisi işləmiş Akif Səlimov məlumat əldə edir ki, girovlar bu kənddədir. Gecə ilə əməliyyat planı hazırlayır və əsrləri xilas etmək üçün kəndə girir. Onlar kəndə girəndə ətraf kəndlərdən və Şuşanın kəndlərindən olan girovlardan 21 nəfəri bu hamamda qətlə yetirmiş olur.
Laçın sakinləri iddia edir ki, Haqnəzər kəndində yerləşən Turabxan Əmikişiyevə aid bu hamamda Vətən müharibəsi başlayan günədək girovların saxlanılıb.
Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV, Laçın
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı