Aramsız yağışlar Astarada torpaq sürüşməsinə səbəb oldu – Körpü uçdu

# 14:51
15 sentyabr 2023

 Son vaxtlar cənub bölgəsinə yağan güclü, aramsız yağışlar nəticəsində Astara rayonunun dağlıq ərazilərinin bir çox yerlərində torpaq sürüşmələri baş verib. Dağlardan sürüşən torpaq qatı Astara rayonunun Lomin kənd sakini Nabatova Aynagül Baloğlan qızına məxsus evi qəzalı vəziyyətə salıb. İki metrə yaxın torpaq qatı evin arxa hissəsini və həyətyanı sahəsini əhatə edib. Evin xanımı deyir ki, analoji hadisə 2019 – cu ildə də baş verib. Həmin vaxt problem yaxınlarının köməkliyi ilə aradan qaldırılıb. Evin arxa divarı tamamilə yenidən təmir olunub. Aramsız yağışlar nəticəsində kənd ərazisindən keçən çay daşaraq, piyada köpüsünü də uçurub. Çayın o biri tərəfində qalan ailələr üçün gediş – gəliş çətinləşib. Qeyd edək ki, torpaq sürüşməsi nəticəsində evi qəzalı vəziyyətə düşən Aynagül Nabatovanın evində ikisi azyaşlı olmaqla dörd nəfər yaşayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR