Arayik Arutyunyan qısa müddətdə istintaqa təhvil veriləcək

# 14:40
15 fevral 2022

"Arayik Arutyunyan qısa müddətdə istintaqa təhvil veriləcək".

 

APA TV xəbər verir ki, bu sözləri Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.

 

Onun sözlərinə görə, 2020-ci ildə Gəncədə baş verən terror aktları zamanı 26 nəfər həyatını itirib, 173 nəfər xəsarət alıb: "Özünü Qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti elan edən Arayik Arutyunyan Tvitter hesabında bu terror aktının məsuliyyətini üzərinə götürüb. Onun barəsində Cinayət Məcəlləsinin 214 və 120-ci maddələri ilə cinayət işi açılaraq, saxlanılması üçün barəsində axtarış elan edilib. İstintaq zamanı axtarışa verilən şəxs müəyyən dövr ərzində gizlənə və istintaqdan yayınmaq üçün imkanlar əldə edə bilir. Amma hüquqi dövlətlər beynəlxalq konvensiyalara əməl edərək terrorçuluğa dəstək olanların saxlanılmasına səy göstərməlidir. Bu baxımdan Arayik Arutyunyan da nə qədər gizlənsə belə sonda saxlanılacaq. Qısa müddət ərzində o, və digər terrorçuların saxlanılaraq məhkəmə qarşısına çıxarılması təmin ediləcək", - deyə Nemət Əvəzov bildirib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR