Argentinada it ölən sahibinin məzarını 3 ildir tərk etmir
Argentinanın Rio Negro əyalətində maraqlı bir hadisə yaşanır.
APA TV xarici mediaya istinadən xəbər verir ki, bir it ölən sahibinə aid olduğu bildirilən məzar daşını tam üç ildir tərk etmir.
Heyvanın kədərləndiyini görmək ürəkaçan olmasa da, məzar qazanlar və qonaqlar ona Bobby adını verərək xüsusi qayğı ilə yanaşırlar.
Məzar qazan Daniel Cisterna deyir ki, o artıq burada işləyənlərin, qəbiristanlıqdakı qohumlarını ziyarətə gələn insanların sevimlisinə çevrilib.
Qeyd edək ki, Bobbinin sağlamlığına xüsusi diqqət yetirilir.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib