Astarada 4 yaşlı uşağı it dişləyib
Astara rayonunda 4 yaşlı uşağı it dişləyib.
Hadisə rayonunun Toradi kəndində baş verib. 4 yaşlı Ayan Hüseynzadə həyətdə oynayarkən it həyətə daxil olub və uşağa hücum çəkib. İt uşağın üz nahiyəsini dişləyib.
Yaralı Ayan dərhal Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib. Quduzluğa qarşı vaksin vurulub.
Qeyd edək ki, Lənkəran rayon mərkəzi xəstəxanasına it dişləməsi ilə bağlı gün ərzində 3 – 4, bəzən də 6 – 7 müraciət daxil olur.
İlkin Rzayev
Rövşən Almazoğlu
APA TV Astara
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib