Astarada od çərşənbəsi necə qeyd edirlər?

# 17:28
28 fevral 2023

Qədim türk coğrafiyasında çillələrdən sonra ay bitincə, yeni ilin başlanğıcı təbiətin oyanışı kimi qəbul olunurdu. Sonralar  insanlar tərəfindən bir neçə  yalançı çərşənbələr də zaman-zaman qeyd olundu. Xalqlar bunu bəzi inanclar, adət-ənənələrlə, eləcə də ruzi bərəkət rəmzi kimi qiymətləndirirdilər. Bu gün həmən çərşənbələrdən biri od çərşənbəsidir.

Od çərşənbəsi ölkəmizin hər yerində olduğu kimi Astarada da özünəməxsus şəkildə qeyd edilir. Rayonun Kokolos kəndinin cavanları, uşaqları bir sakinin həyətində toplaşır və qaranlıq düşənə kimi od çərşənbəsinə, novruza hazırlıq işləri görür, novruz xonçası hazırlayırlar.

Kimi yumurta boyayır, kimi qaranlıq düşəndə yandırmaq üçün tonqal hazırlayır.

Yaşlı nəslin nümayəndələri isə qovurğa daha çətin işlərlə məşğul olur, qovurğa və digər novruz nemətlərini hazırlayırlar.

Xonça bəzəyən qızlar Novruzun gəlişinə nəğmələr qoşurlar.

Ruziniz bol, süfrələriniz bərəkətli olsun.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR