Astarada sel 30 metrlik körpünü aparır

# 16:16
2 dekabr 2022

Astara rayonunun Şiyəkəran kəndində, Pensərçay üzərində tikilən körpü qəzalı vəziyyətə düşüb. Səbəb isə son 3 gündə rayona yağan intensiv yağışlar olub. Sel suları nəticəsində çayda suyun səviyyəsi 3 metrə qədər qalxıb. Körpü aşağıya doğru çöküb. Axırıncı dəfə sel gələndən sonra körpünün torpaq qatında sürüşmə təhlükəsi yaranıb. Getdikcə körpü çökməyə başlayıb. Orta dirəkləri olmadığı üçün dəmir hissələr torpağa söykənib.

Kənd sakinləri, eləcə də şagirdlərin çoxu bu körpüdən istifadə edərək məktəbə gedirlər. Kəndin əkin sahələri də qarşı tərəfdə olduğu üçün ağır tonnajlı maşınlar məcburən bu körpüdən keçirdilər. Amma indi körpüdən 7 tonluq maşınlara məhdudiyyət qoyulub. Buna görə də sakinlər becərdikləri məhsulu bazara çıxara bilmirlər. Hazırda kiçik maşınların keçməsi belə təhlükəlidir.

Kəndin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elşad Məcidov bildirdi ki, körpü 1993-cü ildə istismara verilib. Bir müddət keçəndən sonra sel suları körpünün dayaqlarını yuyub. Körpü üzərində bir neçə dəfə cari təmir işləri aparılsa da, yenidən qəzalı vəziyyətə düşüb. Qəzalı körpü barədə avqust ayından aidiyyəti instansiyalara müraciət olunub. Əraziyə komissiya gəlib, aktlar da tərtib olunub. Qərara alınıb ki, burada yeni körpü tikilsin: “Yeni körpü 33 metr uzunluqda, dəmir beton konstruksiya olacaq. Və iki hissədən ibarət olmaqla, 8 metr enində olacaqdır”.

Qeyd edək ki, yeni körpünün inşasına 2023-cü ilin yanvar ayından başlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR