Ata Abdullayev 7 il azadlıqdan məhrum edilib
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən bloger Ata Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA TV-nin xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib.
Vəkil çıxışda müdafiə etdiyi şəxsə vərilən ittihamların əsassız olduğunu bildirib.
Daha sonra Ata Abdullayev son söz deyib. Təqsirləndirilən şəxs son sözündə cinayət işində zərərçəkmiş kimi tanınan 4 nəfərin heç birindən pul tələb etmədiyini bildirib. Prosesdə hökm oxunub.
Hökmə əsasən, Ata Abdullayev 7 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bloqer Abdullayev Ata Eldar oğlu Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu