Atəşə tutulan və azərbaycanlıların da olduğu gəmi ilə bağlı YENİ XƏBƏR
Yunanıstan Sahil Mühafizə Xidmətinin atəş açdığı gəmi İstanbula çatıb.
APA TV xəbər verir ki, Komor adaları bayrağı altında üzən “Anatolian” adlı Ro-Ro gəmisi Çanaqqala boğazını keçərək İstanbula çatıb.
Gəmi Zeytinburnu yaxınlığında lövbər atıb.
Gəminin yanacaq doldurduqdan sonra İstanbul boğazından keçərək İneboluya gedəcəyi gözlənilir.
Qeyd edək ki, sentyabrın 10-da Bozcaada yaxınlığındakı beynəlxalq sularda üzən “Anatolian” gəmisi Yunanıstan Sahil Mühafizə Xidmətinin atəşinə məruz qalıb. Hadisə ilə əlaqədar bölgəyə iki türk Sahil Mühafizə kateri göndərilib.
Bundan sonra yunanlar bölgədən sürətlə uzaqlaşıblar. Gəmidə 5-i Azərbaycan, 3-ü Türkiyə, 4-ü Somali və 6-sı Misir vətəndaşı olmaqla 18 nəfərlik heyət olub.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib