ATV-nin əməkdaşı iş yerində öldü: Boğazında yemək qalıb
Azad Azərbaycan Televiziyasının (ATV) əməkdaşı iş yerində bədbəxt hadisə nəticəsində vəfat edib.
Şirkətin əməkdaşlarının APA TV-ya verdiyi məlumata görə, ATV-də sürücülərin koordinatoru olan Məmmədov Mustafa Məmmədiyyə oğlu iş vaxtı yemək yediyi zaman nəfəs borusuna qida düşməsi nəticəsində vəfat edib.
Şirkətin mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli APA-ya açıqlamasında bildirib ki, telekanalın Nəqliyyat şöbəsinin müdiri Mustafa Məmmədov bu gün iş yerində dünyasını dəyişib:
"Təcili tibbi yardım çağırılıb və Hüquq-mühafizə orqanlarına məlumat verilib. Hüquq-mühafizə orqanları gəlib. ATV kanalının bütün kollektivi adından ailəsinə və yaxınlarına baş sağlığı veririk", - deyə Ozal İbrahimli bildirib.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək