ATV-nin əməkdaşı iş yerində öldü: Boğazında yemək qalıb

# 15:48
24 oktyabr 2022

Azad Azərbaycan Televiziyasının (ATV) əməkdaşı iş yerində bədbəxt hadisə nəticəsində vəfat edib.

 

Şirkətin əməkdaşlarının APA TV-ya verdiyi məlumata görə, ATV-də sürücülərin koordinatoru olan Məmmədov Mustafa Məmmədiyyə oğlu iş vaxtı yemək yediyi zaman nəfəs borusuna qida düşməsi nəticəsində vəfat edib.

 

Şirkətin mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli APA-ya açıqlamasında bildirib ki, telekanalın Nəqliyyat şöbəsinin müdiri Mustafa Məmmədov bu gün iş yerində dünyasını dəyişib:

 

"Təcili tibbi yardım çağırılıb və Hüquq-mühafizə orqanlarına məlumat verilib. Hüquq-mühafizə orqanları gəlib. ATV kanalının bütün kollektivi adından ailəsinə və yaxınlarına baş sağlığı veririk", - deyə Ozal İbrahimli bildirib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR