Ev dustaqlığına buraxılan SABİQ NAZİRDƏN YENİ XƏBƏR

# 16:09
20 iyul 2022

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəməsinin vaxtı məlum olub.

 

APA TV xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək məhkəmənin hazırlıq iclası avqustun 1-ə təyin edilib.

 

Cinayət işi hakim Faiq Qəniyevin icraatında araşdırılacaq.

 

Qeyd edək ki, Səlim Müslümov DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.

 

Sabiq nazir barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Daha sonra səhhətindəki problemlərlə bağlı o, ev dustaqlığına buraxılıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR