Avropadakı azərbaycanlılar İrana etiraz aksiyası keçirəcək

# 17:03
23 mart 2023

Martın 25-də Avropada yaşayan azərbaycanlıların Brüsseldə İrana qarşı etiraz aksiyası baş tutacaq.Bu barədə APA-ya aksiyanın təşkilatçılarından olan Mahmud Bilgin məlumat verib. Onun sözlərinə görə, əsas məqsəd İrandakı fars-molla rejiminin Azərbaycan türklərinə qarşı törətdiyi əməllərə etirazdır. Mahmud Bilgin, Avropa ölkələrindən də çağırışlarına səs verildiyini vurğulayıb:"Aksiya üçün Güney Azərbaycan siyasi təşkilatları, milli fəallar, fərqli düşünən hər kəs bir araya gəlib. Birlikdə, ciddi iş birliyi ilə sözügedən hərəkatı irəliyə aparacağımızı düşünürük və inanırıq ki, 25 mart milli bayram gününə çevriləcək” deyə Mahmud Bilgin qeyd edib.

Onun sözlrinə görə, aksiyaya gəlmək üçün xüsusi avtobuslar da nəzərdə tutulub: “Norveç, Almaniya, Fransa, İngiltərə, Danimarka, İsveç, Finlandiya kimi ölkələrdən də aksiyaya gələnlər olacaq. Bu da, hesab edirəm ki, Güney Azərbaycan məsələsində böyük bir tərpənişə təkan verəcək".

Qeyd edək ki, aksiya 25 mart saat 14:00-da başlayacaq və saat 17:00-ə qədər davam edəcək. Aksiyanın başlanma yeri Lüksemburq meydanı, sona çatağı yer isə Şuman meydanıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR