Azərbaycanda universitetdə yanğın baş verdi

# 16:34
13 sentyabr 2022

Azərbaycan Dövlət Aqrar Universitetinin kitabxanasında yanğın baş verib.

 

APA TV-nin yerli bürosu xəbər verir ki, yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəis müavini, daxili xidmət polkovniki Fuad Hüseynov APA-ya bildirib ki, Azərbaycan Dövlət Aqrar Universitetinin kitabxanasındakı yanğının söndürülməsinə 6 yanğın avtomobili cəlb olunub:

 

Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində binanın zirzəmisində baş verən yanğının yayılmasının qarşısı alınıb. Yanğın söndürülüb.

 

Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR