Bank Of Baku

Avtomobil hərəkətdə olarkən yandı - UCARDA

# 02:04
22 fevral 2020

Ucarda avtomobil yanıb. 

APA Tv-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Yeniyol kəndində qeydə alınıb. Kənd sakini Şamo Marif oğlu Hacıyevə məxsus minik avtomobili kənd yolunda hərəkətdə olarkən anidən alışaraq yanıb. 

Hadisə yerinə FHN-nin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub. Yanğın söndürülüb. Hadisə zamanı ölən və xəsarət alan olmayıb.     

Fakt araşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR