Avtomobilin vurduğu piyada öldü
Balakəndə minik avtomobilinin vurduğu piyada hadisə yerində ölüb.
APA TV-nin məlumatına görə, hadisə rayonun Kortala kəndi ərazisində baş verib.
Rayonun Hənifə kənd sakini İsa Həsənov idarə etdiyi “QAZ-3110” markalı avtomobillə hərəkətdə olarkən Kortala kənd sakini Qurban Kərimovu vurub. Nəticədə Qurban Kərimov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi