Avtoşluq edən keçmiş məhkum həbs edildi

# 17:37
9 aprel 2021

Bakıda avtoxuliqanlıq edən şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə avtoxuliqanlıq hərəkətləri edərək sosial şəbəkələrdə yayan, əvvəllər də məhkum olunmuş, “Avtoş Rasim” kimi tanınan Rasim Şükürov saxlanılıb. 

 

Araşdırmalarla müəyyən olunub ki, o, aprelin 6-da idarə etdiyi “VAZ 2107” markalı avtomobillə paytaxt ərazisində avtoxuliqanlıq hərəkətləri edərkən hərəkətdə olan moped sürücüsü Edik Adıgözəlovu vuraraq hadisə yerindən yayınıb. 

 

Toplanmış materiallar Nəsimi rayon Məhkəməsinə göndərilib. 

 

Məhkəmənin qərarı ilə Rasim Şükürov 30 sutka inzibati qaydada həbs edilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR