Azan səsini eşidən ermənilər təlaş içində küçələrə axışdılar
İşğaldan azad edilmiş ərazilərdə Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı azan oxunub.
APA TV xəbər verir ki, vaxtilə Şuşa və Ağdam Cümə məscidlərində verilmiş azanın audioyazısı fevralın 26-da səyyar səsyayıcı stansiyalar vasitəsilə Şuşadan Xankəndi, Ağdamdan isə Xocalı və Əsgəran istiqamətlərində səsləndirilib. Azan səsi ətrafda, eləcə də ermənilərin yaşadığı ərazilərdə aydın eşidilib.
Sosial şəbəkələrin Ermənistan seqmentində yayılan videolardan aydın görünür ki, tarixi torpaqlarımızda məskunlaşan ermənilər azan səsini eşidib küçələrə çıxıblar. Videolarda görünür ki, ermənilər təlaş içində nə baş verdiyini anlamağa çalışırlar.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib