Azərbayacan Zod mədənini istismar edən şirkəti məhkəməyə verir

# 17:43
21 sentyabr 2021

“Avropa İttifaqı Ermənistana 2,6 milyard avro məbləğində yardım paketi təklif edib. Ancaq müharibə dövründə Ermənistan ərazisində hər hansı dağıntı olmayıb, müharibə Azərbaycan ərazisində gedib, dağıntılar da bizim ərazilərimizdə törədilib”.

 

APA TV-nin məlumatına görə, bunu “Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında ətraf mühitin və təbii sərvətlərin vəziyyəti” mövzusunda brifinqdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.

F. Şəfiyev deyib ki, ərazisi işğala, dağıntılara məruz qalmış Azərbaycana deyil, Avropa İttifaqının Ermənistana böyük yardım paketi təklif etməsi anlaşılan deyil.

 

Fərid Şəfiyev deyib ki, Azərbaycan hökuməti Ermənistanla bağlı Avropa İnsan Haqları Məhkəməsinə bir neçə iddia hazırlayır. Onun sözlərinə görə , Azərbaycan işğal dövründə istismar edilən Söyüdlü (Zod) yatağı ilə bağlı da müvafiq addımlar atacaq, zod mədənini istismar edən şirkətə qarşı Avropa ölkələrinin birində məhkəmə iddiası qaldırılacaq.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR