Bank Of Baku

Azərbaycan brazilyalı futbolçunu məhkəməyə verdi

# 15:13
14 aprel 2023

“Neftçi”nin sabiq futbolçusu Tallison Auqusto Tavareş Diaz məhkəməyə verilib.

Buna səbəb futbolçunun vergi borcları ilə bağlıdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi Bakı Kommersiya məhkəməsinə müraciət edərək Tallison Diaz barəsində tədbir görülməsini tələb edib.

Lent.az-ın əldə etdiyi məlumata görə, əcnəbi oyunçunun 2021-ci ildə “Neftçi” ilə müqaviləsinə xitam verilib və o, hazırda Braziliyanın "Portuqeza" klubunda oynayır.

Ehtimal edilir ki, Tallison Diazın Azərbaycanı tərk etdiyi üçün məhkəmə onun barəsində axtarış qərarı çıxaracaq.

Qeyd edək ki, braziliyalı Tallison 2020-2021-ci illərdə “Neftçi” klubunda oynayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR