Azərbaycan Ermənistanla sərhəddə yanacaqdoldurma məntəqəsi açıb
Azərbaycan-Ermənistan dövlət sərhədində, Qubadlı rayonu ərazisində yanacaqdoldurma məntəqəsi istifadəyə verilib.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, yanacaqdoldurma məntəqəsi Qubadlının Eyvazlı kəndində, Gorus-Qafan yolu üzərində yerləşir.
Yanacaqdoldurma məntəqəsinin açılışında çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev bildirib ki, Şuşada böyük yanacaqdoldurma məntəqəsi tikilir.
Gorus-Qafan yolunda açılan yanacaqdoldurma məntəqəsi barədə danışan Rövnəq Abdullayev qeyd edib ki, bu, beynəlxalq status daşıyır və burada xaricdən və tranzit yollarla gələn avtomobillər də yanacaq doldura biləcək. SOCAR prezidenti bildirib ki, sözügedən YDM-də istənilən valyutadan istifadə edərək yanacaq almaq mümkün olacaq.
DİGƏR XƏBƏRLƏR
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU
Qarabağdakı abidələr hansı tarixi həqiqətləri yaşadır?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 284 sakin yurda döndü