Azərbaycan-Gürcüstan - Türkiyə üçlüyündən önəmli addım

# 16:24
14 dekabr 2021

Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu keçirilib. Forumda İqtisadiyyat naziri Mikayil Cabbarov,  Türkiyənin ticarət naziri Mehmet Muş, Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava   iştirak ediblər.

 

Forumda çıxış edən Mikayıl Cabbarov bildirib ki, Azərbaycanın Türkiyədə Ticarət Nümayəndəliyi fəaliyyətə başlayacaq: “Qardaş Türkiyə ilə münasibətlərimiz sürətlə inkişaf edir. İqtisadi əməkdaşlığımız getdikcə dərinləşir. Azərbaycanın xarici ölkələrdəki investisiya həcminə görə Türkiyə birinci yerdədir. Yaxın gələcəkdə Azərbaycanın  İstanbuldakı baş konsulluğunda  ticarət nümayəndəliyi fəaliyyətə başlayacaq. Bu gün türk iş adamlarının ölkəmizdə olması  bizim iqtisadi münasibətlərimizə daha da böyük bir təkan verəcək”

 

Türkiyənin ticarət naziri Mehmet Muş isə söyləyib ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin həcmi 4,5 mlrd. ABŞ dolları təşkil edib: “Türkiyə olaraq həm Azərbaycanın həm də Gürcüstanın ticarət ortaqlığında iştirak etməkdən məmnunluq duyuruq. Bu il yanvar-noyabr aylarında Azərbaycanla ticarət dövriyyəmiz keçən il ilə müqayisədə  6,5 artım ilə 4,5 mlrd.dollara yüksəlib. İki ölkə arasında  ticarət üçün mühüm əhəmiyyət daşıyan ticarət müqaviləsinin əhatə dairəsini genişləndirmək məqsədi ilə işlərimiz   davam edir.”

 

Biznes forumu çərçivəsində üç ölkənin biznes və investisiya sahəsində fəaliyyət göstərən müxtəlif qurumları arasında ticari, iqtisadi, eləcə də sənaye sahəsində beş sənəd imzalanıb. ilk imzalanan sənəd Azpromo ilə Gürcüstan Ticarət və Sənaye Palatası arasındakı anlaşma memorandumu olub.

 

Növbəti sənədlər isə Azərbaycan Ticarət və Sənaye Palatası ilə Gürcüstanın Ticarət və Sənaye Palatası, KOBİA ilə Azərbaycan İş Adamları Birliyi arasında, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi ilə Türkiyənin Metal Sənayeçiləri Sindikasiyasi arasında imzalanıb.

 

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR