Azərbaycan NOTA verdikdən sonra Fransa bunları deyir

# 10:41
20 sentyabr 2022

“Parisdəki Azərbaycan səfirliyini hədəf alan qəbuledilməz insidentlərdən təəssüflənirik”.

 

APA TV xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyindən bildirilib.

 

“Fransa hökumətinin səlahiyyətliləri səfirliyin təhlükəsizliyini bərpa etmək və normal fəaliyyət göstərməsi üçün bütün tədbirləri görüb. Belə hadisələrin bir daha təkrarlanmaması üçün ayıq-sayıqdırlar”, - deyə məlumatda deyilir.

 

Qeyd edək ki, sentyabrın 18-də Azərbaycan Respublikasının Fransadakı səfirliyinin inzibati binasına bir neçə radikal erməni qrup üzvünün zorla daxil olmağa cəhd ediblər. Nəticədə inzibati binaya və ətraf əraziyə maddi ziyan dəyib.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR