Mingəçevir, Ağcabədi və İsmayıllıda şəhidlər dəfn edilib

# 18:31
14 sentyabr 2022

Ermənistanın Azərbaycanla sərhədinin Kəlbəcər istiqamətində törətdiyi təxribatın qarşısını alarkən şəhid olan, 30 iyun 2003-cü il təvəllüdlü Rzayev Tərlan Pərviz oğlu doğulduğu Mingəçevir şəhərində torpağa tapşırılıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Tərlan Rzayevin dəfn mərasimində hərbçi dostları, şəhər icra hakimiyyətinin rəsmləri, hüquq mühafizə orqanlarının rəisləri və minlərlə şəhər ictimaiyyəti iştirak edib.

 

Şəhid Mingəçevir Şəhidlər xiyabanında dəfn olunub.

 

 

Ermənistanın sərhəddə törətdiyi təxribat nəticəsində həlak olmuş Ağcabədi rayon sakini, 1998-ci il təvəllüdlü Əsgər Fərzəliyev Emin Elnur oğlu Ağcabədi rayon şəhidlər xiyabanında dəfn olunub.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, şəhidin tabutuna sarılmış Azərbaycan bayrağı, atası Elnur Fərzəliyevə təqdim olunub.

 

 

Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribat zamanı şəhid olan Azərbaycan ordusunun hərbi qulluqçusu, baş leytenant, 1996-cı il təvəllüdlü Bədəlov Cavidan Zaur oğlunun cənazəsi bu gün doğulduğu İsmayıllı rayonunun Talıstan kəndinə gətirilib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, şəhid Cavidan Bədəlovun yaşadığı evdə təşkil olunan vida mərasimində onun ailə üzvləri, hərbçi qardaşı, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon icra hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər.

 

Şəhid Cavidan Bədəlov həmin kəndin qəbiristanlığında dəfn olunub, cənazənin üzərindəki üç rəngli Azərbaycan bayrağı şəhidin atası Zaur Bədəlova təqdim olunub, havaya yaylım atəşi açılıb.

 

 

Habil Aslanoğlu, Şahnəzər Bəşirov, Ziya İsmayıloğlu, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR